Premyer Liqanın 30-cu turundan təxirə salınmış görüşü keçirilib. "Liverpul" "Enfild Roud"da "Mançester Yunayted"i qəbul edib.

Hesabın açılmasını çox gözləmək lazım gəlməyib. Artıq 5-ci dəqiqədə Luis Diaz mersisaydlıları önə keçirib. Hücumlarına ara verməyən Yurgen Klopun kollektivi 22-ci dəqiqədə fərqi artırıb. Məhəmməd Salah dəqiq oynayıb. Fasilədən sonra da üstünlüyünü qoruyan meydan sahibləri daha iki qol vurublar. 68-ci dəqiqədə Sadio Mane "qırmızı şeytanlar"ı üçüncü dəfə meydanın mərkəzinə dəvət edərək yerli azarkeşləri coşdurub. Oyunda son nöqtəni də misirli futbolçu Mohammed Salah qoyub. 29 yaşlı hücumçu özünün 2-ci, komandasının 4-cü qolunu vurub. "Liverpul" - "Mançester Yunayted" - 4:0. Beləliklə 76 xal toplayan "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib. Xal itkisi ilə üzləşən "Mançester Yunayted" isə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanını bir qədər də gecikdirib.